"Qarabağ"ın Çempionlar Liqasındakı rəqiblərindən olan "Çelsi"nin ulduz futbolçusu Tyemue Bakayoko məşqdən sonra dəhşətli avtomobil qəzasına düşüb.

Publika.az xəbər verir ki, 23 yaşlı idmançı 150 min manatlıq avtomobiliylə məşqdən qayıdarkən idarəetməni itirib və maşın yoldan çıxıb. Futbolçunun qardaşının bildirdiyinə görə, xoşbəxtlikdən Bakayoko ciddi xəsarət almayıb. Ancaq maşına ciddi ziyan dəyib.