“Report” xəbər verir ki, bu barədə ölkənin baş naziri Ruzvelt Skerritə istinadən AFP agentliyi məlumat yayıb.
"Hazırda biz ən azı 15 nəfəri dəfn etmişik", - deyə hökumət başçısı bildirib. O həmçinin əlavə edib ki, təxminən 20 nəfər itkin düşüb.
Çərşənbə günü "Mariya" qasırğası Puerto-Rikonu elektrik enerjisiz qoyub.