Müsavat Milli Şuraya dəstək verməyəcək - Mitinqdən İMTİNA

Müsavat Milli Şuraya dəstək verməyəcək - Mitinqdən İMTİNA
16:03 22 Sentyabr 2017
102 Digər
Ölkə mətbuatı
A- A+

Müsavat Partiyası Milli Şuranın sentyabrın 23-də keçiriləcək mitinqində iştirak etməyəcək.

Bu barədə Publika.az-a açıqlamasında Müsavat Partiyasının Mərkəzi İcra Aparatının rəhbəri Gülağa Aslanlı deyib.

G.Aslanlı bildirib ki, Milli Şura mitinqdə iştirakla bağlı onlara heç bir müraciət etməyib: “Buna görə də bizim Milli Şuranın mitinqində iştirakla bağlı qərarımız yoxdur”.

Müsavat yetkinlisi əlavə edib ki, kütləvi etiraz aksiyalarının keçirilməsi onların da gündəmindir.

G.Aslanlı sıravi müsavatçıların Milli Şuranın mitinqində iştirak etməsinə hər-hansı qadağanın qoyulub-qoyulmadığı haqda sualı cavablandırmaqdan imtina edib.

Asif


Xəbərin orijinal ünvanı: http://publika.az/news/nida_xeber/214289.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR