“Ermənistanda fahişəliklə mübarizə zərurətə çevrilib” - Erməni deputat

“Ermənistanda fahişəliklə mübarizə zərurətə çevrilib” - Erməni deputat
17:49 22 Sentyabr 2017
92 Digər
Ölkə mətbuatı
A- A+

“Dayanıqlı İnkişaf Məqsədləri üzrə gender bərabərliyinin və qadın sağlamlığının təşviqinə Şərq Tərəfdaşlığı Ölkələri Parlamentlərinin cəlb edilməsi” adlı Bakıda keçirilən beynəlxalq konfransda iştirak edən Ermənistan parlamentinin deputatı Mane Tandilyan ölkəsində gender bərabərliyinin vəziyyətindən danışıb.
 
APA-nın məlumatına görə, o, Ermənistanda gender bərabərliyinin qanunvericilikdə əksini tapdığını, mərkəzi inzibati strukturlarda da bu sahədə problem olmadığını deyib.
 
M. Tandilyan buna misal olaraq Ermənistanda kənd təsərrüfatı sahəsində çalışanların 50 faizdən çoxunun qadın olduğunu bildirib.
 
Bununla belə, erməni deputat deyib ki, Ermənistan parlamentində qadınların sayı Gürcüstandakından azdır: “Yerlərdə inzibati orqanlarda, siyasi partiyalarda da qadınların sayı azdır. Biz artıq şərt kimi irəli sürürük ki, siyasi partiyalarda qadınların sayı artsın.
 
Bizdə eyni zamanda fahişəliklə mübarizəyə də önəm verilir. Çünki bu, zərurətə çevrilib. Eyni zamanda selektiv abortların qanunla qadağan edilməsi təklifini də irəli sürmüşük. Bizdə təəssüf ki, hələ məişət zorakılığı ilə bağlıq qanun yoxdur, amma planlaşdırmışıq ki, yaxın zamanda müzakirəyə çıxarılsın”.  

Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/283984

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR