"Roma" Bakıya qələbə ilə gəlir

"Roma" Bakıya qələbə ilə gəlir
22:13 23 Sentyabr 2017
206 İdman
Ölkə mətbuatı
A- A+

"Roma" klubu futbol üzrə İtaliya A Seriyasının VI tur matçında "Udineze"ni qəbul edib.

Publika.az xəbər verir ki, "Olimpiko" stadionunda keçirilən qarşılaşma meydan sahiblərinin qələbəsi ilə yekunlaşıb - 3:1. "Sarı-qırmızılar" hər 3 qolu ilk yarıda vurub.

Belə ki, 12-ci dəqiqədə Edin Ceko, 30-cu və 45-ci dəqiqələrdə Stefan əl-Şaaravi fərqlənib. 89-cu dəqiqədə "Roma" 4-cü qol imkanı qazansa da, Dieqo Perotti penaltidən yararlana bilməyib. Əvəzində bir dəqiqə sonra Yens Larsen "Udineze"nin təsəlli qolunu vurub.

Bu qələbədən sonra xallarını 12-yə yüksəldən "Roma" 4-cü pillədə qərarlaşıb. "Udineze" isə 3 xalla 16-cıdır.

"Roma" növbəti oyununu sentyabrın 27-də Bakıda "Qarabağ"a qarşı keçirəcək. Çempionlar Liqasında C qrupunun II tur qarşılaşması Bakı Olimpiya Stadionunda keçiriləcək. Oyun saat 20:00-da başlanacaq.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/idman/214437.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR