Qaxda 3 gün əvvəl itkin düşmüş qadın tapıldı

 Sentyabrın 21-də Qax rayonu ərazisində itkin düşmüş qadın tapılıb.

Metbuat.az bildirir ki, rayonun Qapıçay kənd sakini, 1975-ci il təvəllüdlü Rəsmiyyə Davud qızı Babayeva Qax rayon Polis şöbəsi əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində sentyabrın 23-ü günorta saatlarında tapılıb.

Tanışının evində olan qadın ailəsinə təhvil verilib.

Qadın sentyabrın 21-i səhər saatlarında yaşadığı Qapıçay kəndindən Qax şəhərinə böyürtkən satmaq adı ilə gedib və bir daha geri qayıtmayıb. // Report


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR