3 gün əvvəl yoxa çıxan qadın tanışının evindən tapıldı

3 gün əvvəl yoxa çıxan qadın tanışının evindən tapıldı
16:59 24 Sentyabr 2017
35 Digər
Ölkə mətbuatı
A- A+

Sentyabrın 21-də Qax rayonu ərazisində itkin düşmüş qadın tapılıb. Lent.az Report-a istinadən xəbər verir ki, rayonun Qapıçay kənd sakini, 1975-ci il təvəllüdlü Rəsmiyyə Davud qızı Babayeva Qax rayon Polis şöbəsi əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində sentyabrın 23-ü günorta saatlarında tapılıb. Tanışının evində olan qadın ailəsinə təhvil verilib.

 

Qadın sentyabrın 21-i səhər saatlarında yaşadığı Qapıçay kəndindən Qax şəhərinə böyürtkən satmaq adı ilə gedib və bir daha geri qayıtmayıb.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/284104

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR