Şəmkirdə 22 yaşlı gənc bıçaqlandı

Şəmkirdə 22 yaşlı gənc bıçaqlandı
02:14 25 Sentyabr 2017
186 Digər
Ölkə mətbuatı
A- A+

Şəmkirdə bıçaqlanma olub.

 

APA-nın qərb bürosunun verdiyi məlumata görə, hadisə Bakı-Qazax yolunda, mebel mağazalarından birinin yanında baş verib.

 

Şəmkir rayonunun Könüllü kənd sakini, 1995-ci il təvəllüdlü İdrisli Kənan Elçin oğlu qarın nahiyəsinin kəsilmiş-deşilmiş yarası xəsarəti ilə Gəncə şəhər Təcili Tibbi Yardım xəstəxanasına daxil olub.

 

Yaralının vəziyyəti orta ağır qiymətləndirilir.  İlkin ehtimala əsasən, K.İdrisli mübahisə zəminində tanımadığı şəxs tərəfindən bıçaqlanıb.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/284128

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR