ABŞ prezidenti Donald Tramp ölkənin Səhiyyə və sosial xidmətlər naziri Tomas Praysı vəzifəsindən azad edib.

APA-nın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, ötən həftə T.Praysa qarşı çarter uçuşlarına büdcə vasitələrindən istifadə etdiyinə görə araşdırma başlanılmışdı.

Yoxlamalara “Politico” qəzetinin nazirin ABŞ ərazisində 26 dəfə fərdi təyyarələrdən istifadə etməsinə dair məqaləsi səbəb olub.