Əməkdar mədəniyyət işçisi Məlahət Abbasovanın təqdimatında yayımlanan “Məlahətli söhbətlər” adlı verilişin növbəti buraxılışı geridə qalıb. Lent.az-ın məlumatına görə, “ATV”-də yayımlanan verilişin bu dəfəki qonaqları xalq artistləri Alim Qasımov, Rasim Balayev və Türkiyənin tanınmış aktrisası Serpil Tamur olub. Verilişin aparıcısı M.Abbasova Alim Qasımovu digər qonaq Serpil Tamura fərqli şəkildə tanıdıb: “Bu insanı sizə bilmirəm necə anladım. Bu Azərbaycanın ən gözəl səsi. Belə deyək, Azərbaycanın Zeki Mürəndir”.
Qeyd edək ki, M.Abbasovanın bu təqdimatı sosial şəbəkədə müzakirə olunub.