Bu barədə "Report" "Guardian"a istinadən xəbər verir.
D.Tramp Las-Veqasda kazino yaxınlığında öldürülənlərin ailələrinə və yaxınlarına başsağlığı verib.
"Las-Veqasdakı dəhşətli atışma zamanı öldürülənlərin ailələrinə və yaxınlarına başsağlığı verirəm, yaralananlara isə tezliklə sağalmağı diləyirəm", - D.Tramp "Twitter"də yazıb.
Qeyd edək ki, Las-Veqasda festivala toplaşanların atəşə tutulması nəticəsində ölənlərin sayı 50-ni keçib, 200-dən çox adam yaralanıb. Əsas şübhəli şəxs olan 64 yaşlı Stiven Paddok şəhərin polis qüvvələri tərəfindən zərərsizləşdirilib.