"Report" xəbər verir ki, sirkadiyalı ritmlər gecə və gündüzün yerdəyişməsi ilə bağlı olan müxtəlif bioloji proseslərin dövrünü özündə əks etdrir.
Alimlər Ceffri Holl, Maykl Rozbaş və Maykl Yanq insanın bioloji saat işinə işıq tutmağa müvəffəq olub.
"Onlar bizim bioloji saatmıza nəzər salmağı və onların daxili proseslərinə işıq salmağı bacardılar", - deyə Nobel Komitəsinin məlumatında bildirilir.
Tibb sahəsində mükafat 1901-ci ildən verilməyə başlanıb. Təqdimetmə mərasimi 10 dekabr 2017-ci il tarixində, Alfred Nobelin öldüyü gündə Stokholmda keçiriləcək. Laureatlara mükafatı İsveç kralı XVI Karl Qustav verəcək.