Qazaxıstanın Hava Hücumundan Müdafiə Qoşunlarının komandanı işdən çıxarılıb
Paylaş
103 baxış·1 dəq oxu
Bakı. 3 oktyabr. REPORT.AZ/ Qazaxıstan ordusunun Hava Hücumundan Müdafiə Qoşunlarının komandanı Ormanbetov Nurlan Skenoviç işdən çıxarılıb. “Report” “CA-NEWS”a istinadən xəbər verir ki, ölkə Prezidenti Nursulatn Nazarbayev onun vəzifədən azad olunması haqqında sərəncam imzalayıb. Prezidentin digər sərəncamı ilə Nurlan Karbenov Hava Hücumundan Müdafiə Qüvvələrinin komandanı təyin olunub.