Bakı. 5 oktyabr. REPORT.AZ/ Müsavat Partiyasının Məclis üzvü Rafiq İsmayıl dünyasını dəyişib. “Report”un xəbərinə görə, bu barədə onun oğlu Toğrul İsmayıl məlumat verib. R.İsmayıl uzun sürən xəstəlikdən sonra 80 yaşında vəfat edib. Qeyd edək ki, R.İsmayıl 1992-1993-cü ildə prezident Əbülfəz Elçibəyin müşaviri işləyib.