Tanınmış alim, tarix elmləri doktoru, professor,
milli-azadlıq hərəkatının veteranlarından olan Rafiq İsmayıl bu gün
vəfat edib.
Publika.az xəbər verir ki, bu barədə məlumatı onun oğlu
Toğrul İsmayıl verib.
R.İsmayıl səhhətində yaranan problemə görə xəstəxanaya
yerləşdirilmişdi.
Qeyd edək ki, R.İsmayıl Əbülfəz Elçibəyin ən yaxın dostlarından
olub. Onun həyat yoldaşı Xanım Xəlilova da azadlıq hərəkatının
aparıcı simalarından idi.
Allah rəhmət etsin!