"Report" xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb.
Qeyd edək ki, bundan əvvəl yayılan məlumatda qasırğa qurbanlarının sayının 34 nəfər olduğu bildirilirdi. Bundan əlavə, ABŞ prezidenti Donald Tramp Puerto-Rikoya səfər etmişdi. Mətbuat Ağ Erv rəhbərinin səfər zamanı özünü qəribə apardığını qeyd edirdi.
Ərzağın verilməsi zamanı Tramp "Burada sevgi çoxdur, sevgi çoxdur", - deyərək insanlara basketbol kürələri kimi kağız dəsmallar atırdı. Təbii hadisədən zərər çəkmiş ailəylə görüşü zamanı o, ailə üzvlərinə "yaxşı vaxt keçirməyi" arzulayıb.