Polşa millisi Monteneqronu məğlub edərək futbol üzrə 2018-ci il dünya çempionatına vəsiqə qazanıb.
Publika.az xəbər verir ki, görüş Polşanın paytaxtı Varşavada baş tutub. Meydan sahibləri rəqiblərini 4:2 hesabı ilə məğlub ediblər. Bununla da Polşa yığması E qrupunda birinci yeri tutub və dünya çempionatına vəsiqə qazanıb.