"Report" xəbər verir ki, Ağ Ev rəhbəri "Twitter"də videoyazı ilə müşayiət edilən mesaj yazıb.
Videogörüntüdə federal hakimiyyətin ada dövlətinə necə kömək etdiyi nümayiş olunur.
"Heç kim mənim Puerto-Riko üçün etdiyimi edə bilməzdi", - deyə Tramp yazıb. ABŞ prezidenti etdiklərinə görə az minnətdarlıq aldığını da vurğulayıb.
O, Puerto-Rikoda çox işin olduğunu əlavə edib.