Dünyanın ən istedadlı karikatura rəssamlarından olan omanlı Omar Momani Azərbaycan Milli Komandasının futbolçusuna təbrik jesti edib.

Publika.az xəbər verir ki, O.Momani Ramil Şeydayevin 2018 Dünya Kubokunun seçmə mərhələsi çərçivəsində Almaniyaya vurduğu qolu təsvir edən karikatura çəkib.

O, karikaturanı 350 000 izləyici olan instaqram hesabında “What a goal!!! ay sağ ol, Ramil Şeydayev” başlığı ilə paylaşıb. Foto qısa zamanda böyük izləyici kütləsinin marağına səbəb olub.

Məşhur karikaturaçıdan futbolçumuza təbrik jesti: ”Ay sağ ol, Şeydayev” - FOTO

Qeyd edək ki, milli komandamız Almaniya yığması ilə qarşılaşdığı matçda 5-1 hesabı ilə məğlub olmuşdu. Ramil Şeydayevin rəqib qapısına vurduğu qol isə Almaniya yığmasının seçmə mərhələdə öz meydanında buraxdığı yeganə qol kimi tarixə düşüb.

Omar Momani çəkdiyi futbol karikaturaları ilə dünyada qısa müddətdə şöhrət qazanan rəssamlardandır.

Zümrüd