Onlar Runini seçdilər

12:17 9 Yanvar 2015
172 İdman
Ölkə mətbuatı
A- A+

İngiltərə millisinin ötən il üçün ən yaxşı futbolçusunun adı açıqlanıb.
 
Milli.Az qol.az-a istinadən xəbər verir ki, "Mançester Yunayted"in hücumçusu Ueyn Runi 2014-cü ilin ən yaxşısı seçilib. O, İngiltərə Futbol Assosiasiyasının rəsmi saytında keçirilən sorğuda səslərin 27 faizini toplayıb.
 
Bununla da Runi bu mükafatı üçüncü dəfə qazanan ilk futbolçu olub.
 
Qeyd edək ki, Runi 2008 və 2009-cü illərdə də İngiltərə millisinin ən yaxşı oyunçusu seçilmişdi.

Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR