“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə “The Hill” nəşri yazıb.
Qanun layihəsini 353 konqresmen dəstəkləyib, 69 nəfər onun əleyhinə çıxış edib.
Nəşrin məlumatına görə, bu vəsait həm bu yaxınlarda baş vermiş qasırğanın fəsadlarının aradan qaldırılmasına, həm də ölkənin qərbində yanğından ziyan çəkmiş infrastrukturun bərpasına sərf olunacaq.
İndi qanun layihəsini Senat təsdiq etməlidir.