Bakı. 13 oktyabr. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Elnur Abdullayevin cinayət işi üzrə məhkəmə iclası keçirilib.
"Report"un xəbərinə görə, hakim Əfqan Hacəyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub.
Məhkəmənin hökmü ilə E.Abdullayev 8 il azadlıqdan məhrum edilib
Qeyd edək ki, E.Abdullayev Afaq Yadigarovaya qarşı 22 min 400 manat məbləğində dələduzluq edib.