Bu barədə “Report”a Bankdan bildirilib.
Məlumata görə, “Atabank”ın Səmsi Bədəlbəyli küçəsi, 102 ünvanındakı “Mərkəz” filialı, Neftçilər prospekti, 67 ünvanındakı “Bakı” filialı və Puşkin küçəsi, 9 ünvanındakı “Sahil” şöbəsi oktyabrın 15-dən noyabrın 15-nə qədər, şənbə-bazar günləri də daxil olmaqla, saat 09:00-dan saat 18:00-a qədər, fasiləsiz fəaliyyət göstərəcək.
Məqsəd festival zamanı həm yerli müştərilərə, həm də paytaxtın qonaqlarına keyfiyyətli və fasiləsiz xidmət göstərməkdir.