"De Brune ilin futbolçusu seçilməsə, parkda çılpaq rəqs edəcəm" - FOTO

"De Brune ilin futbolçusu seçilməsə, parkda çılpaq rəqs edəcəm" - FOTO
20:12 17 Oktyabr 2017
81 İdman
Ölkə mətbuatı
A- A+

"Mançestes Siti"də 10 il forma geyinən sabiq futbolçu Paul Leyk futbolçuluğundan daha çox həyat yoldaşının açıqlaması ilə yaddaşlarda qalacaq.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, Paulun xanımı Co Leyk Kevin De Brune ilin ən yaxşı futbolçusu seçilməsə, parkda çılpaq rəqs edəcəyini deyib. Co Tvitter-də həyat yoldaşının da onu müşaiyət edəcəyini bildirib. 

Co Leyk cari mövsümdə adından söz etdirən belçikalının performansını bu tempdə davam etdirəcəyindən əminliyini "Kevin de Brune ilin futbolçusu seçilməsə, Paulla "Kwik Save Stockport"-da çılpaq rəqs edəcəyik" yazaraq ifadə edib.

Jo daha sonra yazdığının zarafat olduğunu, Kevinin gözəl oyununa diqqət çəkdiyini bildirib.

Xatırladaq ki, Paul Leyk "Mançestes Siti"də 110 oyun keçirib.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: https://news.milli.az/sport/591029.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR