Devid Bekhem xanımına xəyanət edir? - FOTO

Devid Bekhem xanımına xəyanət edir? - FOTO
17:42 18 Oktyabr 2017
Ölkə mətbuatı
A- A+

Dünyanın ən məşhur futbolçularından biri olmuş Devid Bekşhemlə xanımı, 43 yaşlı Viktoriya Bekhem arasında problemlər yaranıb.

Milli.Az The Sun-a istinadən bildirir ki, V.Bekhem əri ilə məşhur model, zadəgan və qlamur sima ledi Meri Çarteris arasındakı münasibətlərdən narahatdır.

Devid Bekhemlə ledi Meri yayda, Qlastonberidəki musiqi festivalında tanış olublar. O vaxtdan bəri "dostlar" vaxt tapan kimi xəlvət məkanlarda görüşməyə çalışırlar.

Bu günlərdə isə Viktoriya Bekhem biznesi ilə bağlı Nyu-Yorka yollanan kimi Devid Bekhemlə ledi Meri Londondakı "Chiltern House"da görüşərək səhərədək əyləniblər.

Qraf Uaymissin qızı olan ledi Meri spirtli içkilərlə yanaşı, narkotik maddələr düşkünü kimi tanırır. O, 2012-ci ildən bəri Robbi Fursla nikahda olsalar da, birlikdə yaşamırlar.

Ledi Meri Çarteris əvvələr Ceymi Hinsi tovlayaraq onun Keyt Mossla boşanmasına səbəb olmuşdu.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/interest/591433.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR