Messidən avrokuboklarda 100-cü qol

Messidən avrokuboklarda 100-cü qol
13:37 19 Oktyabr 2017
41 İdman
Ölkə mətbuatı
A- A+

"Barselona"nın hücumçusu Lionel Messi Avropa kuboklarında 100-cü qolunu vurub.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, bu haqda UEFA-nın saytı məlumat yayıb. Argentinalı futbolçu dünən "Olimpiakos"la matçda (3:1) fərqlənməklə Kriştianu Ronaldudan sonra qitə miqyaslı klub turnirlərində 100 qol vuran ikinci futbolçu olub.

Messi bu göstəriciyə 122 matçda nail olub. O, 97 qolu Çempionlar Liqasında, 3 qolu isə UEFA superkubokunda vurub.

Avrokuboklar tarixində ən çox qol vuran 10 futbolçu

113 - Kriştianu Ronaldu*  (151 oyun)

100 - Lionel Messi* (122)

76 - Raul Qonsales (158)

70 - Filippo İnzaqi (114)

67 - Andrey Şevçenko (142)

62 - Ruud van Nistelroy (92)

61 - Herd Müller (69)

59 - Tyerri Anri (140)

59 - Henrik Larsson (108)

56 - Zlatan İbrahimoviç* (139)

Soyadlarının qarşısında ulduz olan futbolçular hazırda karyeralarını davam etdirirlər.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: https://news.milli.az/sport/591734.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR