"Euronews"da Azərbaycan xalçaları haqqında süjet - VİDEO

"Euronews"da Azərbaycan xalçaları haqqında süjet - VİDEO
14:03 19 Oktyabr 2017
Ölkə mətbuatı
A- A+

"Euronews" telekanalı 1967-ci ildən fəaliyyət göstərən Azərbaycanın Xalça Muzeyi haqqında maraqlı süjet hazırlayıb.

Publika.az xəbər verir ki, süjetdə 50 il ərzində Azərbaycanın mədəni irsini dünya ictimaiyyətinə çatdıran xalçaçılıq, milli ornamentlərlə işlənmiş qədimi xalçaların zəngin tarixi barədə danışılır.

Materialda xalçalarla yanaşı, 10 mindən çox qədim zərgərlik nümunələri, milli geyimlər, misdən, şüşədən hazırlanmış əşyalar və bu tətbiqi sənət növünün tarixindən geniş şəkildə bəhs olunur.

Bildirilir ki, dünyada ilk dəfə 2014-cü ildə xalça formasında, qeyri-adi üslubda yaradılan muzey məhz Azərbaycanda açılıb. Muzeyin xarici görünüşünü xüsusi diqqət çəkib.

"Euronews"un süjetində qeyd edilir ki, 2010-cu ildə YUNESKO-nun qeyri-maddi mədəni irs siyahısına daxil edilən milli ornamentlərlə işlənmiş Azərbaycan xalçaları Ağ Ev, Ermitaj və Vatikanda da qorunub saxlanılır.

Könül Cəfərli


Xəbərin orijinal ünvanı: http://publika.az/news/art/217583.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR