Zabit Səmədov "Qarabağ"ın oyununa baxdı, Qurban Qurbanovla görüşdü - VİDEO - FOTO

Zabit Səmədov "Qarabağ"ın oyununa baxdı, Qurban Qurbanovla görüşdü - VİDEO - FOTO
14:05 19 Oktyabr 2017
52 İdman
Ölkə mətbuatı
A- A+

"Qarabağ" Çempionlar Liqasının qrup mərhələsinin III turunda İspaniyanın "Atletiko" klubunu qəbul edib Qarşılaşmanı izləyənlər arasında "Mauqli" ləqəbli məşhur Azərbaycan kikboksçusu Zabit Səmədov da olub.

Milli.Az baku.ws-ə istinadən xəbər verir ki, Səmədov klubun rəsmi saytına verdiyi açıqlamada bunları qeyd edib:

"Qarabağ" bizim fəxrimizdir. Burada olmaqdan qürur duyuram. Müstəqillik günündə Azərbaycanda Çempionlar Liqasının keçirilməsi ikiqat bayramdır. Ölkəmizdə əsl futbol ab-havası yaşanır. Buna görə də, "Qarabağ"a təşəkkürümü bildirirəm. Nəticədən asılı olmaraq, "Qarabağ"a sona qədər dəstək olacam".

Döyüşçü İnstaqram səhifəsində oyundan şəkillər paylaşıb. O, "Qarabağ" klubunun soyunma-geyinmə otağına düşüb. Z.Səmədov klubun rəhbərliyi və baş məşqçi Qurban Qurbanov ilə görüşüb.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

'Mauqli' ləqəbli Zabit Səmədov 'Qarabağ'ın oyununda

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: https://news.milli.az/sport/591761.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR