İspaniya Kataloniyanın muxtariyyətini dayandırır

İspaniya Kataloniyanın muxtariyyətini dayandırır
14:12 19 Oktyabr 2017
33 Dünya
Ölkə mətbuatı
A- A+

İspaniya hökuməti Kataloniya vilayətinin muxtariyyət statusunun dayandırılmasını bəyan edib.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, mərkəzi hakimiyyət Kataloniyada özünüidarə sisteminin məhdudlaşdırılmasını nəzərdə tutan Konstitusiyanın 155-ci maddəsinin tətbiqi üçün prosedura başlayacaq.

Məsələ ilə bağlı İspaniya Nazirlər Şurasının şənbə günü təcili iclası keçiriləcək.

Qeyd edək ki, bir qədər əvvəl Kataloniya muxtar vilayətinin lideri Karles Puçdemon İspaniyanın Baş naziri Mariano Raxoya növbəti məktub göndərərək İspaniya hökumətinin görüşdən imtina edəcəyi təqdirdə, Kataloniyanın müstəqilliyini elan edəcəklərini bildirib.

Xatırladaq ki, oktyabrın 1-də İspaniyanın Kataloniya vilayətində bölgənin müstəqilliyi haqqında qanunsuz referendum keçirilib. Bununla belə, muxtar vilayət hələ müstəqilliyini elan etməyib.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/world/591746.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR