“Report” xəbər verir ki, ilk oyun günündə bir matç baş tutacaq.
Elitanın debütantı “Səbail” ilə ötən mövsümün bürünc mükafatçısı “İnter” “Dalğa Arena”da üz-üzə gələcəklər. Bu kollektivlərin cari çempionata təsadüf edən ilk duelində “ağ-göylər” qalib gəlib. Zaur Svanadzenin rəhbərlik etdiyi kollektiv avqustun 25-də baş tutan matçda Nizami Hacıyevin 4-cü dəqiqədə vurduğu yeganə qolla 3 xalı hesabına yazıb.
Hazırda 8 xalla 5-ci sırada qərarlaşan “İnter” rəqibini 2 pillə qabaqlasa da, bu üstünlüyü əldən verə bilər. Çünki 7-ci yerdə olan “Səbail”in 6 xalı var. Bu isə o deməkdir ki, Samir Əliyevin baş məşqçisi olduğu komanda qələbə qazanacağı halda rəqibini keçəcək.
Azərbaycan Premyer Liqası
IX tur
20 oktyabr
18:00. “Səbail” – “İnter”