Bu il XI və X siniflər üçün sınaq imtahanları keçiriləcək

Bu il XI və X siniflər üçün sınaq imtahanları keçiriləcək
18:49 20 Oktyabr 2017
55 Digər
Ölkə mətbuatı
A- A+

2019-cu ildə XI sinif şagirdləri yeni tipli buraxılış imtahanı verəcək.

 

APA-nın qərb bürosunun xəbərinə görə, Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə bildirib ki, yeni imtahan modeli 2019-cu ilin məzunlarına tanış olacaq, çünki onlar IX sinifdə eyni formada buraxılış imtahanı veriblər: “XI sinfi bitirən zaman onlara buraxılış imtahanlarında açıq tipli suallar, mətn üzərində iş, riyaziyyatdan situasiyaya aid olan məsələlər və fənlər üzrə müvafiq tapşırıqlar təqdim olunacaq.  Buraxılış imtahanının nəticəsi qiymətləndirilən zaman hər bir fəndən 100 bal toplamaq mümkün olacaq. Burada toplanan maksimal 300 bal onların ilk balları olacaq və sonradan ali məktəblərə qəbul imtahanı müsabiqəsində istifadə ediləcək”.

 

M.Abbaszadə qeyd edib ki, yeni imtahan modelində hansı növ tapşırıqların olacağı, qiymətləndirilmənin necə keçiriləcəyi ilə bağlı cəmiyyətdə müəyyən narahatlıqlar var. Şura sədri qeyd edib ki, bu il həm XI, həm də X siniflər üçün sınaq imtahanları keçiriləcək: “Hər il XI sinif üçün sınaq imtahanı keçiriləndə onların 30%-i X sinfin şagirdləri olur və bir il əvvəldən özlərini sınamaq üçün gəlirdilər. Bu il X sinif şagirdləri üçün ayrıca sınaq imtahanı keçiriləcək. Sınaq imtahanı zamanı X sinif proqramı çərçivəsində yeni növ tapşırıqların olması nəzərdə tutulur. Bununla da onlar təxminən gələcək imtahanın formatı, tapşırıqların forması ilə tanış olacaqlar”.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/286157

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR