"Atletiko"nun futbolçusunun "Qarabağ"la matç zamanı davranışı etiraza səbəb oldu

"Atletiko"nun futbolçusunun "Qarabağ"la matç zamanı davranışı etiraza səbəb oldu
19:32 20 Oktyabr 2017
65 İdman
Ölkə mətbuatı
A- A+

İspaniyanın "Atletiko" komandasının futbolçusu Yannik Karraskonun Çempionlar Liqasının III turunda "Qarabağ"la səfər matçı zamanı davranışı azarkeşlərin etirazına səbəb olub.

Milli.Az Report-a istinadən xəbər verir ki, 24 yaşlı yarımmüdafiəçi oktyabrın 18-də Bakı Olimpiya Stadionunda baş tutan oyunun 72-ci dəqiqəsində Anxel Korrea ilə əvəzlənən zaman meydanı tərk etməyə tələsməyib. İspaniyalı azarkeşlər hesab edirlər ki, "Atletiko"nun qələbə qolunu vurmaq üçün vaxta ehtiyacı olduğu halda, belçikalı oyunçunun bu davranışı qəbuledilməzdir.

Tanınmış ispaniyalı jurnalist Xulio Maldonado da daxil olmaqla, bir çox şəxs "Twitter" hesablarında belçikalı futbolçunu tənqid ediblər.

Qeyd edək ki, "Atletiko" "Qarabağ"la qolsuz bərabərə qalmaqla, qrupdan çıxma şanslarını çətinə salıb. Madrid təmsilçisi hazırda 2 xalla 3-cü pillədə qərarlaşıb və 2-ci sıradakı "Roma"dan 3 xal geri qalır.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: https://news.milli.az/sport/592240.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR