Cəlilabadda “KamAZ” “VAZ”a çırpıldı

Cəlilabadda “KamAZ” “VAZ”a çırpıldı
03:24 21 Oktyabr 2017
104 Digər
Ölkə mətbuatı
A- A+

Cəlilabadda bir nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

 

Lent.az-ın “report”a istinadən xəbərinə görə, hadisə Ələt-Astara magistral yolunun Cəlilabad şəhərinin "İran bazarı" adlanan hissəsindən keçən ərazidə qeydə alınıb.

 

Qəza zamanı "KamAZ" markalı yük avtomobili "VAZ-2107" markalı minik avtomobilinə çırpılıb.

 

Hadisə nəticəsində "VAZ-2107" markalı minik avtomobilinin sürücüsü, 1973-cü il təvəllüdlü Cəlilabad sakini Məmişov Elxan Tomar oğlu müxtəlif bədən xəsarətləri alıb. Yaralı sürücü xəstəxanaya çatdırılıb. Ona ilk tibbi yardım göstərilib.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/286177

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR