3 evə girib oğurluq edən şəxs: "İçkili idim" - VİDEO

3 evə girib oğurluq edən şəxs: "İçkili idim" - VİDEO
13:37 21 Oktyabr 2017
38 Digər
Ölkə mətbuatı
A- A+

Sabunçu Rayon Polis İdarəsi (RPİ) 12-ci Polis Bölməsinə (PB) ərizə ilə müraciət edən Bakı şəhər sakini Sulduz Şükürov oktyabrın 17-də Sabunçu qəsəbəsində yerləşən mənzilindən oğurluq edildiyini bildirib.

Milli.Az ARB TV-yə istinadla xəbər verir ki, evin pəncərəsi sıldırılıb, oradan pul, məişət əşyaları və dəyəri 1600 manat olan televizoru oğurlanıb.

Polis əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qeyd edilən cinayəti törətməkdə şübhəli bilinən Lerik rayon sakini Ruslan Kərimov saxlanılıb. O, izahatında həmin evdən oğurluq etdiyini və oğurladığı əşyaları satdığını etiraf edib.

Ruslan Kərimov - Saxlanılan şəxs: "Qapı qıfıllı idi. İçkili idim, evə girib televizoru götürdüm. Aparıb Sabunçu bazarında 130 manata satdım".

Saxlanılan şəxsin ətrafında həyata keçirilən əlavə əməliyyat tədbirləri nəticəsində onun Sabunçu qəsəbəsində yerləşən 2 fərdi yaşayış evindən oğurluq etdiyi məlum olub.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

3 evə girib oğurluq edən şəxs:


Xəbərin orijinal ünvanı: https://news.milli.az/criminal/592484.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR