Az öncə açıqlandı: Müharibə sona çatdı və...

Adalar ölkəsi Fillipində 5 ay davam edən terror mübarizəsi bu səhər bitib.

Metbuat.az xəbər verir ki, bu barədə ölkənin müdafiə naziri Delfin Lorenzan açıqlama verib:

“Maravidə artıq terrorist yoxdur. Qanlı terror təşkilatı İŞİD-in qolu "Maute" şəhərdən təmizlənib”.

Əməliyyata rəhbərlik edən general Eduardo Ano, terroristlərin əlindəki son bölgədən 2 bina və 1 məscidin geri alındığını, ən az 42 cəsəd tapıldığını söyləyib.

"Reuters" xəbər agentliyinin dünyaya yaydığı fotolarda Maravidəki bütün binaların dağıntıya çervildiyi və binalara Fillipin bayraqları asıldığı görülür.

Aysel Yaqubqızı / Metbuat.az

Ayxan "Facebook"da canlı yayımda intihar etdi - VİDEO


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR