Premyer Liqada antirekord

Premyer Liqada antirekord
12:22 23 Oktyabr 2017
45 İdman
Ölkə mətbuatı
A- A+

Azərbaycan Premyer Liqasının IX turu mövsümün antirekordu ilə əlamətdar olub.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, baş tutan 4 qarşılaşmada vur-tut 6 qol qeydə alınıb.

Bu qolların yarısı Sumqayıtda vurulub. Meydan sahibləri "Zirə"ni 2:1 hesabı ilə yenib. Digər görüşlərin taleyini 1 qol həll edib.

"Səbail" "İnter"i, "Qəbələ" "Qarabağ"ı, "Neftçi" "Kəpəz"i minimal hesabla üstələyib. Sonuncular səfərdə, digər iki komanda evdə qalib gəlib.

Bir turda cəmi 6 qolun vurulması orta məhsuldarlığın 1,5-ə bərabər olması deməkdi. Bu da mövsümün antirekordunun təkrarıdı. Cəmi 9 turu keçirilən Premyer Liqada üçüncü dəfə bu göstərici qeydə alınır. II və VII turlarda da azarkeşlər 6 qol izləmişdi.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: https://news.milli.az/sport/592846.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR