İlin ən bahalı selfisi: Neymar gecəyə Messinin "kostyum"unda gəldi - FOTOFAKT

İlin ən bahalı selfisi: Neymar gecəyə Messinin "kostyum"unda gəldi - FOTOFAKT
10:47 24 Oktyabr 2017
50 Dünya
Ölkə mətbuatı
A- A+

FİFA 2017-ci il yığmasının tərkibinə daxil olan futbolçuların adlarını açıqlayıb.

Milli.Az xəbər verir ki, bu, təşkilatın Londonda keçirilən təntənəli mükafatlandırma mərasimində elan edilib.

FİFA-nın 2017-ci il yığmasının tam heyəti aşağıdakı kimidir:
- qapıçı:
Canluici Buffon ("Yuventus");
- müdafiəçilər: Dani Alves ("Pari Sen-Jermen"), Leonardo Bonuççi ("Milan"), Serxio Ramos və Marselo (hər ikisi "Real Madrid");
- yarımmüdafiəçilər: Luka Modriç, Toni Kroos (hər ikisi "Real"), Andres İnyesta ("Barselona");
- hücumçular: Neymar ("Pari Sen-Jermen"), Lionel Messi ("Barselona"), Kriştianu Ronaldu ("Real")

Həmin gecədə ən diqqət çəkən məqamlardan biri ilin 11-liyin selfisi olub. Lakin gecəyə daha bir detal damğasını vurub. Belə ki, bu sezondan "Barselona"nı "PSJ"-yə dəyişən Neymar keçmiş komanda yoldaşı Messinin "Qızıl top" mükafatlandırma mərasimlərində geyindiyi bordo rəngli kostyumla diqqət çəkib.

Təhməz Təkin

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/world/593165.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR