"BakuBus" 100 milyonluq zərərə düşüb

"BakuBus" 100 milyonluq zərərə düşüb
11:38 24 Oktyabr 2017
43 Ölkə
Ölkə mətbuatı
A- A+

"BakuBus" MMC-yə məxsus avtobuslar ötən il ərzində təxminən 61 milyon sərnişin daşıyıb. Müqayisə üçün bütün Bakı Metropoliteni ildə 220 milyon sərnişin daşıyır.

Publika.az xəbər verir ki, bu barədə MMC-nin hesabatında deyilir.

Ötən il ərzində "BakuBus" MMC-nin gəlirləri 12 milyon manat təşkil edib, bunun 97%-i gediş haqqı gəlirləridir.

MMC-nin xərclərin ən böyük hissəsini köhnəlmə(amortizasiya) xərcləri təşkil edir, ümumilikdə 17.6 milyon manat.

“Digər xərc manatın dəyərdəndüşməsi nəticəsində baş verib, avro ilə alınmış kreditlərin manat dəyəri 2015-2016-cı illərdə şirkətə ümumilikdə 100 milyon manatdan çox zərər vurub. Kreditlər üzrə faiz xərcləri isə 2.5 milyon təşkil edir.

Sadə hesablamalar nəticəsində şirkətin real əməliyyat xərcləri 15.2 milyon manattəşkil edir, bu məbləği daha əvvəl tapdığımız 61 milyon sərnişinə böləndə 25 qəpik alınır, yəni cari tarifdən 5 qəpik çox. Bu defisiti bərpa etmək üçün dövlət "BakuBus"a 2 milyon manat subsidiya ödəyib”.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/neqliyyat/218145.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR