Tarixdə oxuduğumuz kimi, Həzrət Seyyidi-şühədanın (ə) vəfalı atı Zülcənah, Həzrətin (ə) ən ağır anlarında onunla birlikdə olmuşdur. Atlar elə heyvanlardır ki, onların fitrətinə insanlarla ülfət bağlamaqxüsusiyyəti qoyulmuşdur. Bu sifət o zaman daha da çoxalar ki, insan da heyvanı sevər və ona qarşı mehriban olar.
Milli.Az deyerler.org-a istinadən bildirir ki, bu vəfalı heyvanlar öz sahibindən nə qədər sevgi görsələr, bir o qədər ona bağlanar və onun yanında qərar tutarlar. Tarixçilərin nəql etdiyinə görə, Zülcənah Həzrət Peyğəmbərə (s) məxsus xüsusi at olmuşdur. Bu heyvan İmam Hüseyni (ə) o qədər sevir və onu başa düşürdü ki, İmam (ə) taqətsiz hala düşən zaman özü aşağı əyilir ki, İmam (ə) üzərinə rahat minə bilsin. (Beytutə saytı)
Tarixçilər nəql edir ki, düşmən İmama (ə) yaxınlaşan zaman bu vəfalı at onları ayaqları ilə əzməyə çalışırdı ki, İmamdan (ə) uzaqlaşdıra bilsin. Onların bəzisini ayaqları ilə hətta həlak etmişdi. Öz bədənini İmam Hüseynin (ə) qanına bulaşdırıb, xeymələrə tərəf gəlmişdi. Bu yolla İmamın (ə) şəhadət xəbərini Əhli-Beytə (ə) çatdırmışdı.
İmamdan (ə) sonra bu atın aqibəti barəsində çox xəbərlər vardır.
Bəzilərinin dediyinə görə, bu at xeymələrin kənarında başını o qədər torpağa sürtür ki, can verir. Bəziləri isə deyir ki, bu hadisədən sonra yoxa çıxmışdır, artıq heç kəs onu görməmişdir.
Milli.Az