"Barselona"nın yarımmüdafiəçisi Andre Qomeş oyun praktikasının azılığı səbəbindən klubunu dəyişə bilər.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, katalonlar onun transferindən minimum 40 milyon avro qazanmağa çalışır. "Barselona" 2016-cı ilin yayında onu "Valensia"dan 35 milyon avroya heyətinə qatmışdı.

Qomeşi "Yuventus" icarəyə götürmək istəyir.Tərəflər danışıqları uğurla başa vursa, "qoca senyora" onun transfer hüquqlarına da sahib çıxa bilər.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində