Topaz Premyer Liqasının 10-cu turunda evdə “Səbail”ə qalib gələn (1:0) “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov oyunsonrası mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb.
Publika.az xəbər verir ki, Qurbanov öncə oyunla bağlı fikirlərini bildirib:
- Futbolçularımı təbrik edirəm. Layiqli qələbə qazandılar. Həddən artıq çətin oldu. Futbol elə oyundu ki, burda meydanda 10 nəfər də, 9 nəfər də qala bilərsən. Çoxdandı belə oyun keçirməmişdik. Azlıqda qalsaq da, qalib gələ bildik. Bu gün həm 3 xal qazandıq, həm də yaxşı oyun göstərdik. Samir Əliyevə gələn oyunlarda uğurlar arzulayıram.
- Penalti verilməyən epizod barədə nə deyə
bilərsiz?
- Düzü, heç vaxt hakimlik barədə danışmamışam. Sadəcə, bu gün Rəvan
Həmzəzadənin idarəçiliyi mənə çatmadı. Həmişə bəyəndiyim
hakimlərdən olub. Ancaq bu gün bir neçə maraqlı qərar verdi. İlk
növbədə, Pedronun yerdə qaldığı epizodda simulyasiya olmamışdı. Elə
həmin epizodda zədələndi. Məncə, orda ikili mübarizə idi.
- Pedronun zədəsi nə yerdədi?
- Ciddi zədə olduğunu düşünmürəm. Yəqin ki, bir-iki günə sağalar.
Sabah vəziyyətinə aydınlıq gələcək.
- Jezniçakın vəziyyəti nə yerdədi?
- Onun yüngül zədəsi var. Risk edib, meydana buraxmadım.
Vəziyyətinə tam olaraq sabah aydınlıq gələcək.
- Artıq 45 yaşınız var. Bir çox uğurlara imza atmısız.
Millidən təklif alsaz, nə cavab verəcəksiz?
- Bu gün hansısa fikir bildirməyim “Atetiko” ilə oyunöncəsi
fikrimizi yayındıra bilər. Bu, böyük rezonans doğura bilər.
- “Atletiko” ilə oyundan sonra
danışacaqsız?
- Buna oyundan sonra baxarıq (gülür). Açığı Prosineçkinin gedişi
mənim üçün gözlənilməz oldu. İndi mənim hansısa fikir bildirməyim
bir qədər hörmətsizlik olar. Qarşıda hələ vaxt var. Ən düzgün
qərarı AFFA verəcək.
- Bəlkə, bu barədə təklif olub, siz razı
olmamısız?
- Dediyim kimi, bu gün verəcəyim bir cavab yeni suallar doğuracaq.
Gəlin, bu barədə hələ danışmayaq, qalsın sonraya. AFFA
rəhbərliyinin qərarından sonra fikrimizi bildirməliyik. Hamımız
Azərbaycan futbolunun gələcəyi üçün birgə addım atmalıyıq.
- Sizdən başqa, Qriqorçuk və Tsxadadzenin də namizədliyi
barədə danışılır. “Qarabağ”ın baş məşqçisi yox, İcraiyyə
Komitəsinin üzvü kimi bu mütəxəssislərdən hansını milliyə layiq
bilirsiz?
- Bu barədə heç bir fikrim yoxdu. İcraiyyə Komitəsində də bu barədə
müzakirə olmayıb. Sizdən xahişim odu ki, bu cür suallarla mənim
fikrimi yayındırmayın. Bu gün komandada zədəlilərlə bağlı yetərincə
problem var.
- “Atletiko” ilə oyundan nə gözləyirsiz. Nəzərə alaq ki,
komandada yetərincə zədəli var...
- Bəli, bu gün komandada zədəylə bağlı, xüsusilə, müdafiədə
yetərincə problemimiz var. Biz çalışırıq ki, yaxşı oyun göstərək.
Bu gün mənə əsas ləzzət edən 3 xaldan çox, göstərilən gözəl futbol
oldu. Bu cür vəziyyətlərdə məşqçinin də üzərinə əlavə məsuliyyət
düşür. Kimin harda oynamasıyla bağlı ikiqat düşünməli oluruq. Rəqib
də bizimlə oyuna yaxşı hazırlaşır. Bu, onlar üçün son şans ola
bilər.
- Bakıda “Atletiko”dan xal aldız. Bu, sizin xeyrinizədi,
yoxsa ziyanınıza?
- Rəqib peşəkardı. Onlar dəfələrlə bu cür oyunlar keçiriblər. Son 4
ildə 2 dəfə ÇL-də final oynayıblar. “Real”, “Yuventus” kimi
komandalara qarşı layiqli mübarizə aparıblar. Rəqibin heyətində
yetərincə usta futbolçular var. Onların gücünü Bakıda da
gördük.