Nikaraquada şiddətli yağıntılar və güclü külək nəticəsində ölənlərin sayı 7 nəfərə çatıb.

Milli.Az APA-ya istinadən xəbər verir ki, bu barədə ölkənin vitse-prezidenti Rosario Murilyo bildirib.

Bundan əvvəl 5 nəfərin öldüyü, 2 nəfərin itkin düşdüyü bildirilirdi. Ölüm hallarına Sakit Okean hövzəsində tüğyan edən "Selma" qasırğasının gətirdiyi güclü yağış və küləklər olub. Hazırda qasırğa Salvador ərazilərinə doğru irəliləyir.

Milli.Az

Milli.Az-ın ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin