"Eurovision - 2018"in bütün iştirakçı ölkələri məlum oldu

Portuqaliyanın paytaxtı Lissabon şəhərində keçiriləcək "Eurovision - 2108" mahnı müsabiqəsində 43 ölkənin təmsilçisi iştirak edəcək.

Metbuataz xəbər verir ki, beynəlxalq müsabiqədə iştirakını təsdiq etmiş ölkələr bunlardır: Avstraliya, Avstriya, Azərbaycan, Albaniya, Ermənistan, Belarus, Belçika, Bolqarıstan, Macarıstan, Gürcüstan, Yunanıstan, Danimarka, İsrail, İrlandiya, İslandiya, Kipr, Latviya, Litva, Malta, Norveç, Niderland, Polşa, Rusiya, Rumıniya, San-Marino, Sloveniya, Serbiya, Ukrayna, Finlandiya, Xorvatiya, Monteneqro, Çexiya, İsveçrə, İsveç, Estoniya.

Həmçinin böyük beşlik ölkələri - İspaniya, Böyük Britaniya, İtaliya, Almaniya və Fransa 2017-ci ildə "Eurovision"un qalibi olmuş Portuqaliya ilə birgə birbaşa final mərhələsində iştirak edəcək.

Bu il Ukraynada keçirilən mahnı müsabiqəsinin qalibi Portuqaliya təmsilçisi Salvador Sobral olub.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR