Elcibeyin oglu: “FHN-de isleyirem, sentyabrda da evlenecem”

Elcibeyin oglu: “FHN-de isleyirem, sentyabrda da evlenecem”
10:09 6 Aprel 2015
96 Sosial
Ölkə mətbuatı
A- A+

 

“Artıq  9 aydır ki, Fövqəladə Hallar Nazirliyində çalışıram. Burdakı işimdən məmnunam”.  Lent.az-ın “Modern.az”a istinadən xəbərinə görə, bunu mərhum eks-prezident Əbülfəz Elçibəyin oğlu Ərturqut Əliyev deyib.

 

Ərturqut Əliyevin sözlərinə görə, müxalifət nümayəndələri onunla əlaqə saxlamır.

 

“İşə düzələndən və nişanlanandan bəri mənimlə heç kəs əlaqə saxlamır. Tanıdığımız insanların heç biri, o cümlədən müxalifət nümayəndələri mənə telefon zəngi belə açmayıb. Başımı aşağı salıb işimlə məşğulam. Heç kimdən də xüsusi kömək və telefon zəngi gözləmirəm”.

 

Ərturqut Əliyev toyunun nə vaxt olacağı  ilə bağlı da açıqlama verib.

“Artıq işlədiyimə görə toyumun tez bir vaxtda olmasını da istəyirəm. İnşallah, bu ilin sentyabrında toyum olacaq”.

 

Qeyd edək ki, Ərturqut Əliyev bir müddət öncə mətbuata açıqlamasında  FHN-də işə düzəlməsini inkar etmişdi. Dayısı Mirmöhsün Mahmudov isə onun FHN-də kurs keçdiyini demişdiHəmçinin, bu ilin yanvar ayının 30-da Ərturqut Əliyevin nişan mərasimi keçirilib.

 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/198317

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR