Dünyanın ən məşhur musiqiçilərindən və müğənnilərindən biri, Rolling Stones qrupunun solisti, 74 yaşlı Mik Caqqer yeni eşqə düşüb.
Milli.Az The Sun-a istinadən bildirir ki, canlı əfsanə 22 yaşlı prodüser Nur Əlfallaya vurulub.
Mik Caqqer özündən 52 yaş kiçik sevgilisi ilə Parisdə istirahətdə olarkən paparassilərdən yayına bilməyib.
M.Caqqerin hazırda qeyri-rəsmi nikahda yaşadığı xanımı, 31 yaşlı balerina Melani Hamriklə izdivacından Devero adlı 10 aylıq qızı var.
Britaniyal sənətçi indiyədək 2 dəfə rəsmi nikahda olub. 1971-1979-cu illərdə o, nikaraqualı Byanka Caqqerlə, 1983-1999-cu illərdə isə model Cerri Holla yaşayıb.
Ümumiyyətlə isə onun 5 qadından 8 övladı var:
1. Müğənni Marşi Şant - Keris Hant Caqqer (47 yaş)
2. Byanka Caqqer - Ceyd Şina Cezebel Caqqer (46 yaş)
3. Cerri Holl - Elizabet Skarlett Caqqer (33 yaş), Ceyms Leroy Oqüsten Caqqer (32 yaş), Corciya Mey Eyşa Caqqer (25 yaş), Qebriel Lyuk Boreqard Caqqer (20 yaş)
4. Lüsiana Himenes - LUkas Moris Morad Caqqer (18 yaş)
5. Melani Hemrik - Devero Oktavian Bezil Caqqer (10 aylıq)
Mik Caqqerin 5 nəvəsi və 3 yaşlı, Ezra Key adlı nəticəsi var.
Milli.Az
Milli.Az-ın ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin