Türkiyənin media təmsilçilərinin Azərbaycana səfəri başa çatıb

11:22 6 Aprel 2015
28 Digər
Ölkə mətbuatı
A- A+

[ 06 Aprel 2015 11:18 ]


Bakı. Fərid Mirzəyev – APA. Mətbuat Şurasının dəvəti ilə 2-5 aprel tarixlərində Azərbaycanda səfərdə olan Türkiyənin tanınmış kütləvi informasiya vasitələrinin təmsilçilərinin səfəri başa çatıb. Mətbuat Şurasından APA-ya verilən məlumata görə, səfərin sonuncu günündə qonaqların şərəfinə qəbul təşkil olunub.

 

Mətbuat Şurasının sədri Əflatun Amaşov mərasimdə çıxış edərək bildirib ki, media sahəsindəki əməkdaşlıq Türkiyə-Azərbaycan münasibətlərində önəmli yer tutur: “Düşünürəm ki, bu səfər nəticəsində türkiyəli həmkarlarımızın gəldikləri qənaət Azərbaycan həqiqətlərinin Türkiyə və dünya ictimaiyyətinə daha yaxından çatdırılması yolunda önəmli addım olacaq. Nəzərə alaq ki, Türkiyə mediası dünya mediasının tərkib hissəsi kimi əhəmiyyətlidir”.

 

Milli Məclisin deputatı, qurumun Beynəlxalq əlaqələr komissiyasının sədri Cavanşir Feyziyev Türkiyə mediasını Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması istiqamətindəki mühüm tribuna kimi dəyərləndirib.

 

Türkiyə Qəzetçilər Federasiyasının təmsilçiləri Yılmaz Karaca, İbrahim Ərdoğan və başqaları Azərbaycana səfərin məhsuldar keçdiyini bildirərək, ölkənin inkişafından məmnunluqlarını dilə gətiriblər.

 

Qəbulda Türkiyənin media nümayəndələrinə Azərbaycan Mətbuat Şurasının fəxri diplomları təqdim edilib.

 

Qeyd edək ki, Türkiyədən təşrif buyurmuş nümayəndə heyətinin tərkibində böyük dövlət xadimi Ənvər paşanın nəvəsi Osman Mayatepek də olub. O.Mayatepek Azərbaycan-Türkiyə əməkdaşlığının dərinləşməsindəki xidmətlərinə görə təltif edilib. 


Xəbərin orijinal ünvanı: http://az.apa.az/news/378499

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR