Müğənni Sərdar Ortaç da Mayamidə ev alan məşhurlar sırasına qoşulur.
Milli.Az axşam.az-a istinadən xəbər verir ki, ifaçı həyat yoldaşı Xloe Luqnanla birlikdə Mayaminin ən dəbdəbəli küçəsində özünə ev axtarır. Sərdar alacağı evi xanımının seçəcəyini deyib:
"Həyat yoldaşım evi seçəcək, pulunu mən ödəyəcəyəm. Xloenin ev işindən başı çıxır".
Xatırladaq ki, X.Luqnan ötən il inşaat firmalarından birinin reklamına çəkilmiş və qazandığı pula ABŞ-da 2 ev almışdı.
Milli.Az
Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində