Ermənistanda silahlı şəxs uşaq bağçasına hücum edib.
Publika.az xəbər verir ki, bu gün saat 16:20-də bıçaqla
silahlanmış naməlum şəxs zorla Armavir şəhərində yerləşən “Manuşak”
uşaq bağçasına girib.
Silahlı şəxs bağça işçilərinə hücum edib və uşaqlar da daxil
olmaqla binada olan hər kəsi girov götürüb. Daha sonra o, bir uşağı
girov saxlamaqla digərlərini buraxıb.
Asif