"Manchester City"nin yarımmüdafiəçisi Kevin de Bruyne komandanın yaxşı formada olmasına toxunub.
Milli.Az goal.az-a istinadən xəbər verir ki, belçikalı havbek bunları deyib:
"Meydana çıxırıq və qol imkanları qazanacağımızı bilirik. Buna görə çox qol vururuq. Bəzi futbolçularımız isə bunu gözübağlı da edə bilir. Mövsümü yenilgisiz başa vurmaq çətin olacaq. Hesab edirəm ki, bu, praktik baxımdan real deyil. Premyer Liqada rəqabət yüksəlib. Biz də büdrəməyimizin mümkün olduğu 3 turnirdə mübarizə aparırdıq".
Milli.Az