İraqda zəvvarları daşıyan avtobus qəzaya uğrayıb, 4 ölü, 14 yaralı var
Paylaş
72 baxış·1 dəq oxu
Bakı. 31 oktyabr. REPORT.AZ/ İraqın Babil mühafəzasındakı Hillə şəhərində zəvvarları daşıyan avtobus qəzaya uğrayıb. "Report" "ParsToday" portalına istinadən xəbər verir ki, hadisə nəticəsində 4 iranlı zəvvar ölüb, 14 nəfər yaralanıb. Qeyd edək ki, iranlı zəvvarlar Kərbəla şəhərinə gedirmişlər.